ELAZ.İNFO xəbər verir ki, aprel ayında Avropa birjalarında mavi yanacağın qiyməti aylıq azalmaya baxmayaraq, bir il əvvəlin analoji dövrü ilə müqayisədə demək olar ki, üçdə bir baha olub.
Analitiklər London ICE birjasının məlumatlarına və hesablamalarına istinad edərək, apreldə Avropada qazın orta qiymətinin min kubmetr üçün təxminən 409 dollar olduğunu təsdiqləyirlər ki, bu da mart ayı dəyərindən 12,5% aşağı, lakin 2023-cü ilin aprel göstəricisindən 28% yüksəkdir.
Ötən ilin payızında Avropa qovşaqlarında qazın qiymətinin qalxmasından sonra 2024-cü ilin birinci rübündə orta qiymət min kubmetr üçün 509 dollara çatıb. Aprel ayında qiymət azaldı, lakin keçən ilki səviyyədən xeyli yüksək olaraq qaldı.
Martın son günündə qaz qiymətləri 450 dollar civarında ticarət olunurdu və aprelin sonunda min kubmetr üçün 375 dollara qədər ucuzlaşaraq bir ayda 17% azalıb.
Materialı çapa hazırladı: Günel GÜNTAC