Avropa Şurasının Baş katibi: “Qarşıdakı 12 ay çox vacib olacaq”

ELAZ.İNFO, BAKI, 15.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində keçirilən mətbuat konfransında Alen Berse söyləyib ki,Əminliklə inanıram ki, qarşıdakı 12 ay çox vacib olacaq ki, görək hansı istiqamətdə işləmək mümkündür”.

O qeyd edib ki, dekabr ayında Gürcüstana səfər edərək ölkədəki vəziyyətlə yaxından tanış olub, bütün tərəflərlə görüşlər keçirib. Bersin sözlərinə görə, Gürcüstana 18 ay əvvəl Avropa İttifaqına namizəd statusu verilsə də, son dövrlərdə baş verən hadisələr bu istiqamətdə irəliləyiş olmadığını göstərir. “Son aylarda müşahidə etdiyimiz bütün hadisələr mənfi olub. Bu, düzgün istiqamət deyil”, – deyə baş katib əlavə edib. Alen Berse Gürcüstanla əməkdaşlığı davam etdirmək və dialoqu bərpa etmək niyyətində olduqlarını vurğulayıb. O, qeyd edib ki, “Tbilisidə Avropa Şurasının fəaliyyət göstərən komandası və Gürcüstanla birgə fəaliyyət planı mövcuddur. Bu plan çərçivəsində Gürcüstanın Avropa yönümlü islahatlarına dəstək verilməsi nəzərdə tutulur”.

Baş katib həmçinin bildirib ki, müxtəlif qanun və dəyişikliklər üzərində işləyəcək işçi qrupun yaradılması təşəbbüsü də atılıb və strukturlaşdırılmış dialoqun bərpası üçün səylər davam etdirilir. “İstəyirik ki, inkişaf düzgün istiqamətdə getsin, dəyərlər, demokratiya və hüququn aliliyi naminə daha çox dialoq olsun. Hazırkı vəziyyət isə kifayət qədər narahatedici və tələbkardır”.

ELAZ.İNFO

Bizimlə oxuyun
Verified by MonsterInsights