-Ata, məktəbə yoxlama gəlib

ELAZ.İNFO, BAKI, 14.05.2025.

Səhər tezdən məktəbə gedən oğul atasına deyir:

– Ata, 2 manat ver.

-Nə üçün?

-Məktəbdə süpürgə pulu yığırlar.

Ata pulu verir.

Bir sonrakı səhər uşaq atadan yenə pul istəyir:

– Ata, 3 manat ver.

– Oğul, bu dəfə nə üçün?

– Məktəbdə fond pulu yığılır.

Ata uşağa pulu verib yola salır və əsəbi şəkildə Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib şikayətlənir:

– Bu nə deməkdi, məktəbdə rüşvət baş alıb gedir, hər gün 2-3 manat pul yığırlar, söpürgə pulu, fond pulu adı ilə rüşvət yığılır…

Valideyni dinləyən qaynar xətdən cavab gəlir:

– Şikayətinizi qəbul etdik, çox sağolun ki, bizi məlumatlandırdız, məktəbə yoxlama göndəriləcək və tədbir görüləcək.

…Səhər tezdən oğul atadan yenə pul istəyir:

– Ata, 10 manat ver.

– 10 manat? Yenə pul yığırlar? Nə üçün?

– Ata, məktəbə yoxlama gəlib, ona görə!

Səfər İBRAHİMLİ

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights