Atəşkəsin 3-cü günü- Dəməşqin SDF-yə verdiyi son tarix sabah bitir

ELAZ.İNFO xəbər verir ki, Suriya hökuməti ilə YPG/SDF terror təşkilatı arasında Haseke ilə bağlı əldə edilən razılaşma sabah bitir. Atəşkəsin davam edib-etməyəcəyi hələ də məlum deyil. Atəşkəs necə işləyir? Son vəziyyət necədir?
Məlum olduğu kimi, Suriyada dörd günlük atəşkəs sabah bitir. YPG/SDF-nin inteqrasiya prosesinə riayət edib-etməyəcəyi və atəşkəsin davam edib-etməyəcəyi ilə bağlı suallar narahatlıq doğurur.

Əgər YPG/SDF bu prosesin sonunda silahlarını yerə qoymasa və inteqrasiyanı qəbul etməsə, Suriya ordusu əməliyyatlarını davam etdirəcək. Bu proses zamanı azad edilən ərazilərdə mina sahələrinin təmizlənməsi davam edir.

Onu da bildirək ki, bölgədə axtarış və təmizlik əməliyyatları da davam edir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights