Arvadını Öldürüb Tarlaya Atdı, Sərhəddə Yaxalandı

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Manisa şəhərində (Turgutlu və Saruhanlı ətrafı) baş verən qanlı cinayət ölkə gündəmini sarsıdıb. 46 yaşlı Adem Yanar, həyat yoldaşı Rukiye Yanarı qətlə yetirdikdən sonra İrana qaçmaq istəyərkən sərhəd keçid məntəqəsində ələ keçib. Hadisə 2025-ci ilin dekabr ayının son günlərində (20 dekabr şənbə gecəsi) başlayıb və 2026-cı ilin ilk günlərində istintaq detalları ictimaiyyətə açıqlanıb. Adem Yanar 43 yaşlı həyat yoldaşı Rukiye Yanarı tapança ilə atəş açaraq qətlə yetirib. Cinayətkar izi itirmək üçün həyat yoldaşının cansız bədənini Turgutlu rayonundakı kənd təsərrüfatı sahəsinə (kələm tarlasına) ataraq ərazidən uzaqlaşb. Rukiye Yanardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Aparılan texniki izləmə nəticəsində Adem Yanarın İrana qaçmaq məqsədilə Ağrı şəhərinin Doğubeyazıt rayonuna getdiyi müəyyən edilib. O, tam sərhədi keçmək üzrə ikən polis tərəfindən saxlanılıb. Saxlanılan Adem Yanar ilkin dindirmə zamanı cinayəti etiraf edib və cəsədi atdığı yeri polisə göstərib. Onun məhkəmədəki ifadəsi isə daha böyük rezonans doğurub. Qatil həyat yoldaşını “xəyanət” iddiası ilə öldürdüyünü iddia edərək özünə bəraət qazandırmağa çalışıb. Adem Yanar SEGBİS (video-əlaqə) vasitəsilə qatıldığı məhkəmə prosesində “qəsdən adam öldürmə” ittihamı ilə tutuklanaraq həbsxanaya göndərilib. Mərhum Rukiye Yanarın cəsədi isə İzmir Ədliyyə Tibb Qurumundakı ekspertizadan sonra torpağa tapşırılıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights