ELAZ.İNFO xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Arkadi Qukasyan tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
O dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.
Arkadi Qukasyan eyni zamanda sübutlarla təsdiq edilən ittihamları da qəbul edib.
Məlumat üçün bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Aydan ŞƏRBƏTOVA