Arada kitab oxuyun… bəlkə düşüncəniz dəyişə, baxışınız dərinləşə, sözünüzün çəkisi arta…
Bu kitab, e.ə. 55-ci ildə yazılmış fəlsəfi-ritorik dialoqu olan, Mark Tulliy Siseronun “De Oratore”, “Natiq haqqında” əsəri sözün qüdrətini anlamaq istəyən hər kəs üçün əvəzsiz bir xəzinədir.
Bu kitab sadəcə natiqlik qaydalarını öyrətmir, o, insanın düşüncəsini saflaşdırır, dünyagörüşünü genişləndirir, mənəviyyatını zənginləşdirir. Siseron göstərir ki, həqiqi natiq çox danışan deyil, dərin düşünən, məsuliyyət hiss edən və xarakterini sözə çevirə bilən insandır.
Hüquqşünaslar, müəllimlər, rəhbərlər və ümumiyyətlə sözlə insanlara təsir etmək istəyən hər kəs bu əsərdən böyük fayda götürə bilər. Oxunmalı, dərk olunmalı və başqalarına tövsiyə edilməli nadir klassiklərdəndir.
Əli İbrahimov