“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirilib

ELAZ.İNFO, BAKI, 08.05.2025.

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Ordusunun qardaş Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib.
Hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.
Cari ilin 12-23 may tarixlərində keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.

Verified by MonsterInsights