Elmdə Amerika qitəsinin kəşfi ilə bağlı daha çox üzərində durulan bir nəzəriyyə var. Amerika qitəsini ilk avropalılar kimi Leyf Eriksson və onun rəhbərliyindəki vikinqlər (təxminən 1000-ci ildə) aşkar etmişlər, sonra 1492-ci ildə Xristofor Kolumb onu kəşf etmişdir.
Lakin bizim Hindistandan Qafqaza köçürülən qonşularımız siz demə ilk dəfə Amerikanı onlar kəşf ediblər və dünya hələ də qədim ermənilərin bu uğurunu gizlədir. Hətta ermənilərin əlində ciddi Vatikan arxivlərindən çıxan rəsmi sənədlər və hətta o dövrün şahidləri də var, təsdiq edilər ki, Amerikanı onlar kəşf ediblər və yerli xalqlar qədim ermənilərdən linqvistik oxşarlıqları oğurlayıblar.
Ermənilərin rəsmi əllərində olan sənədlər və şahid ifadələri təsdiq edir ki, Meksikadakı Yukatan adını “Yuğ tank” (yağ verək) imiş. Hətta Meksikanın qədim xalqı olan Azteklər qədim erməni mifologiyasındakı sevgi və gözəllik ilahəsi Astxikin adını oğurlayıb özlərinin adına çeviriblər. Vay vay var. Oğru Azteklər
Hələ siz baxın. Cənubi Amerikanın olan İnk tayfası qədim ermənilərin “hin” (köhnə/qədim) sözünü oğurlayıblar və özlərini belə adlandırırlar. İnk imperiyasının hökmdar sülalələri əslində erməni “Haykazuni” sülaləsinin uzaq qohumlarıdır.
Hələ utünmaz Maya tayfasına baxın. “Mayr” (ana) sözünü qədim ermənilərdən oğurlayıblar və öz dillərinə salıblar. Maya sivilizasiyasının məşhur və dəqiq təqvimi əslində qədim erməni astronomik biliklərinin oğurlanan versiyasıdır
Vay vay. Dünya bunu niyə görmür axı?
Axı bu Amerikanın qədim sakinləri hansı yolla ermənilərdən oğurluq ediblər ? Buna erməni alimləri belə izah verir:
“Yerli xalqların əfsanəsi olan “şərqdən gələn ağ dərili tanrı”-lar Amerikaya hər kəsdən öncə buranı kəşf edən erməni rahibləri və dənizçilərindən götürüblər bunları. Qədim erməni dənizçiləri öz nəhəng gəmiləri ilə rahiblər ilə birgə eramızdan əvvəl indiki Ermənistan ərazisindən çıxaraq Amerikanı kəşf ediblər. Xristianlıq yayıblar”
Amerikanı tarixdə ilk dəfə kəşf edən ermənilər yerli xalqların daş abidələri üzərində olan günəş simvolları və daş üzərindəki oymaları qədim erməni naxışları formasında yaratmağı öyrədiblər.
Hətta ermənilər yerli xalqların bu gün də istifadə etdikləri musiqi alətlərini qədim Ermənistandan onlara hədiyyə olaraq gətiriblər və onlara bunu öyrədiblər.
Bunu mən demirəm, Suren Ayvazyan, Artaşes Arsruni, Paris Heruni,Anjela Teryan, Rafael İşxanyan və adını çəkə biləcəyim onlarla erməni alim və tədqiqatçıları, bloggerləri deyirlər
Armenian Weekly, Asbarez və ya müxtəlif erməni bloqlarında vaxtaşırı “Did Armenians discover America?” başlıqlı yazılar deyir.
Amerikanın kəşfi ilə bağlı ciddi mənbələr sayılan Samuel Eliot Morison, Alice Bache Gould, David Beerens və digərlərin əsərləri isə saxta imiş. Bu dünya şöhrətli alimlər qəsdən “erməni kəşfini” tarixdən silməyə cəhd edirlər.
Dünyanın ən böyük “alimi” Suren Ayvazyan ” Rusiyanın tarixi: Erməni izi” adlı “Nobel” mükafatı alan kitabında o, təkcə Amerikanı deyil, bütün dünyanı erməni kəşfi olduğunu “sübut” edir.
Məhz qədim ermənilərin getdiyi yolu isə Xristofor Kolumbun gəmisində “Anton el Armenio” (Erməni Anton) adlı dənizçi gəminin naviqasiya işlərini tənzimləyib və Amerikanın yolunu o göstərib böyük səyahha. Özü də niyə göstərib və qədim erməni sirrini açıb? Siz demə Kolumbun ailəsi Bizansdan İtaliyaya köçmüş ermənilərdir və onun əsl adı “Xristapor Kolombyan”-dır..
Mən şəxsən inanıram
Daha maraqlısı isə Amerikanın müstəqillik aktının imzalanmasıdı.ABŞ-ın qurucu ataları bu Aktı hazırlamaq üçün “erməni dövlətçilik” təcrübəsindən istifadə ediblər. Amerika Konstitusiyası qədim “erməni” dövlətinin Konstitusiyasının oxşarıdır..
Niyə məhz Amerika ? Çünki bu adın özü də ermənicədir. Ameriko Vespuççinin adındakı “Amerigo” sözünün qədim erməni dilindəki “Amir” (rəhbər) sözüdür.
Bir sözlə Amerika Ermənistandır
Zaur Əliyev
Prof.Dr.