Amerikadan beyin köçü (?!)

Vaşinqtondakı siyasi mübarizələr, büdcə kəsiri, gələcəyə ümidsizlik ABŞ-ı tarixi üstünlüklərindən birini – dünyanın hər yerindən ixtisaslı mütəxəssisləri cəlb etmək imkanından məhrum edə bilər:

Miqrasiya sahəsində qanunvericilik sərtləşdirilir, həmçinin bir çox peşəkarlar Amerikadan getməyi düşünürlər.

– Ağ Ev indi Vaşinqtonda kəskin büdcə böhranını həll etmək üçün elmi sahəyə xərcləri kəskin şəkildə azaldır. Amerika universitetlərində aparılan bütün tədqiqatların 25%-nə sponsorluq edən ABŞ Milli Elm Fondu illik büdcəsinin yarısını, Milli Sağlamlıq İnstitutu – federal qrantların 40%-ni itirir.

– NASA-da genişmiqyaslı təmizləmə aparılır və agentliyin büdcəsi 25% azalıb.

-Harvard və Yaledən tutmuş Corctaun və Cons Hopkinsə qədər aparıcı universitetlər federal (bəzən hətta ştat) qrantları itirirlər. Hesablamalara görə, bu cür “dieta” ABŞ-ı ildə 3,8% iqtisadi artımdan məhrum edəcək. Xaricdən tələbə qəbulu kəskin azaldılır:

-Mart ayında keçirilən sorğuda amerikalı alimlərin 75%-i “daha təhlükəsiz” ölkələrə köçmək barədə düşündüklərini bildiriblər. Çin və Aİ Amerikadan beyin axınından faydalanmağa ümid edirlər. Lakin Aİ-də ABŞ-dan da pis büdcə böhranı var.

-Hindistan və Çindən ABŞ-a yeni işçilər cəlb etmək problemə çevrildiyi üçün Amerika şirkətləri yeni tendensiyaya qoşulublar – elmi-texniki mərkəzlərini ABŞ-dan kənarda yaradırlar, çünki bu halda şirkətə istədikləri sayda və daha ucuz məbləğə istedadlı xarici vətəndaş cəlb edə bilirlər. Amazonun ən böyük ofisi hazırda Hindistanın Heydərabad şəhərində yerləşir. Microsoft və Google da öz hablarını orada yerləşdirməyi planlaşdırırlar. Nvidia Şanxayda süni intellektin inkişafı üzrə böyük mərkəz yaratmaq istəyir.

ABŞ artıq iqtisadi və hərbi üstünlüyünü itirib, elmi-texniki üstünlüyünü də itirmək üzrədir: şərqdən qərbə 200 illik beyin axını istiqamətini dəyişməyə başlayır…

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights