ELAZ.İNFO, BAKI, 23.05.2025.
Bu il, 2025/2026-cı tədris ili üçün respublikada ali təhsil müəssisələrinə tələbə qəbulu üçün 60 min 489 plan yeri ayrılıb.
Təhsil üzrə ekspert Kamran Əsədov bununla əlaqədar ELAZ.İNFO-ya bildirib ki, “Respublikada tələbə qəbulu üçün ayrılan yerlər artan şkala üzrə davam etməkdədir. Ötən illərlə müqayisə etdikdə bunu deməyə əsas verir. Belə ki, ötən il, habelə, 2024-cü ildə bu yerlərin sayı 58.500. olub. Hətta bir qədər daha öncəki illərə nəzər salsaq- 2010-cu ildə isə 29 min yerin ayrıldığını görmüş olarıq”.
Kamran Əsədov bu artım halının Qarabağ Universiteti üçün də şamil olunduğunu vurğulayıb. Ekspert qeyd edib ki, “Qarabağ Universitetində 2025-ci ildə qəbul planı 28.5% artırılaraq, 1440 yerə çatdırılacaq”.
İlahə BAYINDIR