Türkiyədə tanınmış, bir-birindən gözəl rolların ifaçısı, habelə, “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleserialların oyunçusu Ahmet Leventoğlu 80 yaşında dünyasını dəyişib.
ELAZ.İNFO xəbər verir ki, aktyorun ölüm xəbəri haqqında məlumatı aktyorun yaxın dostu Yıldırım Şahinler verib.
O bildirib ki, “Ahmet Leventoğlunun nədən öldüyü haqqında məlumatı yoxdur. Ölüm səbəbi bilinmir”.
Mərhumun cənazəsi aprelin 8-də torpağa tapşırılacaq.
Esmira RƏHİMOVA