ELAZ.İNFO xəbər verir ki, Melaniya Tramp və İlon Mask ABŞ vətəndaşlığından məhrum ola bilərlər.
ABŞ senatoru Berni Morenonun ikili vətəndaşlığı qadağan edən qanun layihəsi qəbul edilərsə, Melaniya Tramp, oğlu Barron, İlon Mask və bir sıra Hollivud ulduzları yalnız bir ölkə vətəndaşlığını seçməyə məcbur qalacaqlar.
Layihəyə əsasən, Melaniya Tramp Sloveniya və ABŞ vətəndaşlığı arasında, Mask isə ABŞ, CAR və Kanada vətəndaşlıqları arasında seçim etməlidir. Qanun bir çox məşhurlara təsir edə bilər.