ABŞ və İsrailin İrandakı hədəfləri Əli Xamenei və Məsud Pezeşkian olub

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ və İsrail tərəfindən İrana endirilən raket zərbələrinin əsas hədəflərinin birbaşa İslam Respublikasının ali rəhbərliyi olduğu üzə çıxıb. İsrail hərbi mənbələrinə istinadən yayılan məlumatda İranın ali rəhbəri Əli Xamenei və ölkə prezidenti Məsud Pezeşkianın hədəf alındığı bildirilir. Genişmiqyaslı hərbi əməliyyatın nəticələri və hədəflərə nail olunub-olunmadığı barədə dəqiq məlumatlar hələlik məlum deyil. İsrail mənbələri hədəflərin yüksək səviyyəli olduğunu təsdiqləsə də, rəsmi Tehran itkilər barədə hələlik açıqlama verməyib.

Xatırladaq ki, hadisə İsrailin preventiv zərbələr endirməsi fonunda baş verir və regionda vəziyyət saatbasaat gərginləşir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights