ABŞ Omanda masa arxasına oturmağa razı olub

Amerika xəbər platforması Axios-a danışan iki adsız ABŞ rəsmisi ABŞ-İran danışıqlarının bərpası prosesini qiymətləndirib.

ELAZ.İNFO xəbər verir ki,  ABŞ rəsmiləri bildiriblər ki, regiondan ən azı doqquz lider Ağ Evə “İranla nüvə danışıqlarını dayandırmamaq” üçün təzyiq göstərib və bu müzakirələrdən sonra ABŞ Omanda masa arxasına oturmağa razı olub.

Həmin rəsmilər həmçinin danışıqların yeri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırıldığını və İranın təklifinin ABŞ tərəfi tərəfindən qəbul edildiyini bildiriblər.

Rəsmilərdən biri şərh verib:

-“Bu liderlər bizdən görüşü keçirməyi və iranlıların dediklərini dinləməyimizi istəyiblər. Ərəb ölkələri israr etsə, görüşü keçirəcəyimizi dedik. Lakin hələ də şübhələrimiz var”.

AA müxbirinə danışan Ağ Ev rəsmisi əvvəllər İranla danışıqların 6 fevral cümə günü Omanın paytaxtı Məsqətdə keçiriləcəyini bildirmişdi.

ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı verdiyi açıqlamada İranla danışıqlarda müəyyən mövzuların müzakirə edilməli olduğunu vurğulayaraq bildirib ki, “Danışıqların həqiqətən mənalı nəticələr verməsi üçün müəyyən mövzular da əhatə olunmalıdır. Bunlara ballistik raketlərin mənzili, regiondakı terror təşkilatlarına dəstəyi, nüvə proqramı və öz xalqlarına qarşı rəftarı daxildir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights