ABŞ-ın neft ehtiyatları 0,2 milyon barel artıb

ABŞ Enerji Departamenti ehtiyatların 443,1 milyon barel olduğunu bildirib

ELAZ.İNFO xəbər verir ki, “ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,2 milyon barel artaraq 18 aprel 2025-ci il tarixinə 443,1 milyon barel təşkil edib” .

ABŞ Enerji Departamenti dəqiqləşdirib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 5% azdır.

Yeri gəlmişkən bildirək ki, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 2,93% ucuzlaşaraq 65,83 dollar/barelə, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 3,4% azalaraq 62,71 dollar/barelə bərabər olub.

İlahə BAYINDIR

ELAZ.İNFO

Verified by MonsterInsights