ELAZ.İNFO xəbər verir ki, ABŞ qar və fırtınalarla mübarizə aparır. Ölkə “tarixi qış fırtınası” adlandırılan soyuq dalğanın təsiri altındadır və ölkənin mərkəzi, cənub və şərq hissələrinə təsir göstərir.
350 milyon əhalisi olan ABŞ-da 200 milyon insanın bu soyuq dalğadan təsirlənəcəyi gözlənilir.
Texas, Nyu-York, Nyu-Cersi və Vaşinqton da daxil olmaqla ölkənin mərkəzi və şimal-şərq ştatlarında və ərazilərində başlayan qar fırtınası və donma temperaturu gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.
NYU-YORKDA 5 NƏFƏR ÖLÜ TAPILDI
Nyu-York şəhərinin meri Zöhran Mamdani bu gün keçirdiyi mətbuat konfransında dünəndən bəri açıq havada 5 evsizin ölü tapıldığını və bu rəqəmin arta biləcəyini açıqladı.
Mamdani bildirib ki, “Hazırda onların ölümünün dəqiq səbəbini bilmirik, amma bu, bizə həddindən artıq soyuqların, xüsusən də evsiz qonşularımız üçün nə qədər təhlükəli ola biləcəyini xatırladır.”
920.000 İNSAN ELEKTRİK ENERJİSİZ QALDI
Elektrik kəsintilərini izləmə saytının onlayn məlumatına görə, sərt qış şəraitindən təsirlənən ştatlarda təxminən 920.000 insan elektriksiz qalıb, bunlardan 300.000-dən çoxu Tennessidə, təxminən 150.000-i isə Missisipidədir.
Rəsmilər elektrik kəsintilərinin yaşandığı ərazilərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər. Paytaxt Vaşinqtonda 10 santimetrə, Nyu-York və Nyu-Cersidə isə 30 santimetrə qədər qar yağacağı gözlənilir.
Günel GÜNTAC