45 ILIN KÜSKÜN FƏDAİLƏRİ

AHİK-dən durmadan narazılıqlar şikayətlər davam etməkdədir. Elə bu şikayətlərin doğruluğunu bilmək üçün ELAZ.İNFO olaraq araşdırma apardıq.

Şikayətçi Gülzar Axundova 70 yaş.
-40 ili tibb sahəsində can qoymuşam heç vaxtda (профсоюз)-dan istifadə etməmişəm yəni AHİK-dən iyul ayında müraciət etdim. Dedilər ki, xidmətin yaxşılaşdırılması məqsədi ilə elektron olaraq qeydiyyatdan keçməlisən. Nə qeydiyyatdan keçə bildim, nə də gedə.

Şikayətçi 72 yaş tib işçisi Səkinə İsmayılova eynən qarşılaşdığı problem yuxarıdakı müsahibimizin problemi.

Şikayətçi Kamal Mehdiyev 68 yaş təhsil işçisi.
Eyni problem qeydiyyatdan keçə bilmədikləri, onlara verilən nömrələrin aylarla cavab verməmələrindən, əvəzində isə hər dəfə telefonlarında böyük məbləğdə vəsaitin silindiyindən, əsəblırlərinin isə korlandığından şikayətləndilər. Bu cür şikayətçi saysız qədərdir, demək olar ki, hər bir təqaüdçü.

ELAZ.İNFO olaraq şikayətlərin doğruluğunu yoxlamaq qərarına gəldik.

2 avqust 2025 ci ildə
012 599 77 75
012 599 77 76
012 599 77 77
Əlaqə saxlamaq istəsək də qeyri-mümkün oldu.
Göndəriş almaq məqsədi ilə çətinliklə də olsa qeydiyyatdan keçib, müalicə məqsədi ilə göndəriş üçün, müraciət etməyimizə baxmayaraq, sentyabr ayının 8-i olsa da, hələ də bir zəng və yaxud bir cavab yoxdur.

Yuxarıda qeyd edilən nömrələrlə əlaqə saxlamaq cəhdi 1 ay müddətində hələ də baş tutmayıb

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, AHİK-ə elektron müraciət etmək üçün xüsusi kompyuter kursları keçmək lazımdır əks halda nəinki yaşlı nəslin nümayəndələri heç cavanlar üçün də bu “sadələşmiş”proqramdan istifadə çox çətindir.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights