34 kiloqrama yaxın narkotik vasitə aşkar edildi

ELAZ.İNFO Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə son üç gündə ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.  
Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54000 ədəd çətənə kolu isə məhv edilib.   
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.   

Verified by MonsterInsights