30 milyon çinli aclıqdan öldü

ELAZ.İNFO, BAKI, 21.05.2025.

Çinin qurucusu Mao ən yaxşı niyyətlə özünün “Böyük Sıçrayış” proqramının bir hissəsi olaraq “Dörd Zərərverici” layihəsini həyata keçirməyə başladı.

Layihəyə əsasən, kənd təsərrüfatı istehsalına zərər verdiyi düşünülən ağcaqanad, ev milçəyi, siçan və sərçələrlə mübarizəyə başlanılır.

Həyata keçirilən layihə nəticəsində 23 milyon quş öldürüldükdən sonra gözlənilməz hadisə baş verir. Birdən böcək sürüləri peyda olur. Sonra çəyirtkə istilası və sonra şlak epidemiyası gəlir. Quşlar məhv olmasaydı, bunları yeyərdilər, amma quş qalmayıb.

Bu ekoloji fəlakət tarixə 1958-1961-ci illər arasında baş verən və təxminən 30 milyon Çinlinin aclıqdan ölməsinə səbəb olan qıtlıq kimi qeyd edildi. Lakin Çin Kommunist Partiyası hətta bu rüsvayçılığı da uğur kimi bazara çıxara bildi.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights