ELAZ.İNFO xəbər verir ki, Bülent Danışoğlunun xatirələrində Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanım haqqında təsirli xatirələr yazıb.
“Rəsulzadə vəfat etdikdən sonra Leyla xanım yalnız qalıb, yoxsullaşıb və bir şəraitsiz kirayə evə köçməli olub. Ev zirzəmidə idi. Yerdən bir az yuxarıda balaca pəncərəsi vardı. Çox gözəl, şən təbiətli xanım idi. Evə qətiyyən günəş şüası düşmürdü. Demək olar, evin içində heç nə yox idi. Xatırlayıram ki, evdə bir sandıq vardı. Qarşısında bir stol da vardı. İçərisi çox qaranlıq idi. Emin bəy kəlməsi dilindən düşməzdi. Bütün söhbətlərində Emin bəydən danışardı. “Emin bəy belə idi, bunu sevərdi, ora gedərdi və s.”
Sözardı: Ruhları şad olsun.
Aydan