ELAZ.İNFO xəbər verir ki, stresli vəziyyətlərdə pələng hətta tanış və sevimli idarəçiyə də hücum edə bilər.
Bu barədə ynetTV məlumat yayıb.
Ötən həftənin sonunda Qüdsdəki Biblical Zooparkda dəhşətli faciə baş verib. Böyük kabus gerçək oldu. Pələnglə məşğul olan Uriel Nuri baxdığı fars pələngi tərəfindən öldürüldü. Faciəli hadisə zooparklarla bağlı çoxillik sualı bir daha gündəmə gətirib: Heyvanları təbii yaşayış yerlərindən kənarda nisbətən kiçik bir ərazidə zooparkda yerləşdirmək belə düzgündürmü? Bu, onlarda aqressiya yaradırmı? Yoxsa zooparklar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan nadir heyvanların qorunub saxlanması və ictimaiyyəti müxtəlif heyvanlarla tanış etmək üçün gətirdikləri tərbiyəvi əhəmiyyətə görə lazımdır.
Aydan