ELAZ.İNFO xəbər verir ki, AP tərəfindən açıqlanan ilkin qeyri-rəsmi nəticələrə görə, Nyu-Yorkun Demokratlar Partiyasından olan mer namizədi Zöhran Məmdani səslərin 50,6 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman meri oldu.
Yerli vaxtla saat 21:00-da səsvermə başa çatdıqdan sonra bülletenlərin 83 faizi sayılıb. AP tərəfindən açıqlanan ilkin qeyri-rəsmi nəticələrə görə, Məmdani səslərin 50,6 faizini toplayaraq ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomoya təxminən 9 xal öndə olub. Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini toplayıb. 34 yaşlı Məmdani Nyu-York şəhərinin ilk müsəlman meri olmaqla tarixə düşüb.
Nyu-Cersi qubernator seçkilərində Demokrat Partiyasının namizədi Miki Şerrill səslərin 57 faizini qazandı, ABŞ prezidenti Donald Trampın dəstəklədiyi Respublikaçı rəqibi Cek Çiattarelli isə 42,5 faiz səslə yarışı başa vurdu. Virciniya qubernator seçkilərində Demokrat Partiyasının namizədi Abigail Spanberger səslərin 56,1 faizini toplayaraq yarışa liderlik etdi, Respublikaçı Partiyasının namizədi Uinsom Erl-Sirs isə 43,7 faiz səslə ikinci yeri tutdu.
Günel GÜNTAC
