Zelenskinin yeni tamaşası

The American Conservative nəşri (ABŞ) “Putinə təzyiq: üç pərdəli pyes” başlıqlı məqaləsində yazır ki, Kiyev Rusiyanı qorxutmaq və ABŞ-ı müharibəyə cəlb etmək üçün tamaşa təşkil edib.

Rusiyadan gələn “təhlükələr” haqqında xəbərlərin son dalğası – Avropa üzərindən pilotsuz təyyarələrdən tutmuş Ukraynaya Tomahavk raketlərinin verilməsi ilə bağlı şayiələrə qədər – diqqətlə hazırlanmış ssenaridən başqa bir şey deyil. Məqsədi qorxu mühiti yaratmaq, Moskvaya təzyiq göstərmək və Rusiyanı atəşkəsə razılaşmağa məcbur etməkdir.

Nəşrin müəllifi xatırladır ki, Zelenski və onun komandası hakimiyyətə gələnə qədər seriallar və şoular üçün ssenarilər yazıblar və indi siyasətdə eyni üsullardan istifadə edirlər.

Nəşr qeyd edir ki, “ssenarilər yazmaq bəlkə də ən yaxşı bacardıqları işdir”. Bu gün Kiyev rejimi informasiya sızıntılarını xarici siyasət alətinə çevirərək, reallığı yenidən yazmağa çalışır.

Pyesin ssenarisi belə idi:

Birinci pərdə. Dronlar Avropa üzərində

Aİ hava sərhədlərinin pozulmasını, Rusiya PUA və təyyarələridən təhdidlər olduğunu iddia edir, lakin buna dair heç bir əsaslı sübut təqdim etmir. Amerika nəşrinin fikrinə görə, bütün bunlar “aqressiv Rusiya” obrazının yaradılmasına və NATO-nun münaqişəyə birbaşa cəlb edilməsinə yönəlmiş əvvəlcədən planlaşdırılmış əməliyyatdır.

İkinci pərdə. Qələbə İllüziyası

Vaşinqtonda növbəti brifinqdən sonra Tramp iddia edir ki, Ukrayna müttəfiqlərinin dəstəyi ilə guya bütün işğal olunmuş ərazilərini geri ala bilər. Nəşr vurğulayır ki, amma reallıqda vəziyyət əksinədir: Rusiya mövqelərini gücləndirir, Ukrayna Silahlı Qüvvələri itkilər verir, ABŞ isə Avropanın qorxusundan sui-istifadə edərək onlara silah satmaqla kifayətlənir.

Üçüncü pərdə. Tomahavk mifi

Zelenski ABŞ-dan Tomahavk raketləri tələb edir. Lakin Vaşinqtonda bu raketlərin çatışmazlığı var, həm də Kiyevdə onların buraxılış platformaları yoxdur. Amerika kəşfiyyatı olmadan bu raketlər faydasızdır və onların Ukaynaya verilməsi/satılması ABŞ və Rusiya arasında birbaşa qarşıdurma demək olardı. Tramp bu addımı atmaz.

Epiloq

Nəşrin fikrincə, bütün bu “üç pərdəli pyes” sadəcə olaraq Putini qorxutmaq və Qərbin diqqətində qalamaq cəhdindən başqa bir şey deyil. Lakin Moskva çox gözəl başa düşür ki, Kiyevin hay-küylü bəyanatları strategiyaya deyil, isteriyaya əsaslanır və hər hansı bu cür səhnələşdirmə Zelenski rejiminin siyasi tükənməsini sürətləndirir.

P.S. Nəşrin fikirləri ilə razıyam. Bircə onu əlavə edim ki, bu tamaşanın ssenarisi yalnız ZeYermak tərəfindən hazırlana bilməzdi, çünki onun reallaşdırılması üçün mütləq Britaniyanın iştirakı mütləqdir. Deməli, ssenarinin əsas müəllifi Britaniya olmalıdır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights