Zelenski: -“Ukrayna qurban deyil, döyüşçüdür”

ELAZ.İNFO xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 34-cü Müstəqillik Günündə “təhlükəsizlik və sülh içində yaşaya biləcəyimiz güclü ölkə” qurmaq məqsədini açıqlayıb.

Paytaxt Kiyevdəki Müstəqillik Meydanında çıxış edən Zelenski Ukraynanın müstəqillik uğrunda mübarizəsinin simvolu olan bu ərazinin əhəmiyyətini vurğulayıb.

“Təhlükəsizlik və sülh içində yaşayacaq qədər güclü” Ukrayna quracaqlarını vurğulayan Zelenski deyib ki, “Övladlarımız və nəvələrimiz Müstəqillik Gününü burada, Müstəqillik Meydanında, bayraqlarımız altında və torpaqlarımızda qeyd etsinlər”.

Zelenski bildirib ki, onlar “güclü, bərabər, müstəqil və Avropa Ukraynası”nı hədəfləyirlər.

Prezident Ukraynanın təkcə müstəqil ölkə deyil, həm də Avropa və dünya üçün “güclü müttəfiq” olduğunu bildirib və əlavə edib ki, “Ukrayna qurban deyil, döyüşçüdür”.

Zelenski əlavə edib ki, ölkəsi “lazım olanı həyata keçirmək iradəsinə malikdir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights