“Bunun ABŞ Senatı tərəfindən təsdiqlənməsi lazımdır”
ELAZ.İNFO xəbər verir ki, Zelenski səfərdə olduğu Haaqada Hollandiyanın Baş naziri Dik Şufla birgə mətbuat konfransında Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirdi.
Zelenski Rusiya ordusunun cəbhə xəttində intensiv hücumlar təşkil etdiyini bildirdi, lakin Ukrayna qoşunlarının mövqelərini müdafiə etməyə davam etdiyini vurğuladı.
Zelenski deyib ki, “Rusiya cəbhədə daim yalançı təəssürat yaratmağa çalışır.”
O, ABŞ-ın müharibəni bitirmək üçün təklif etdiyi sülh planı üzərində işləməyə davam etdiklərini bildirdi və iki gün ərzində Almaniyada ABŞ və Avropa rəsmiləri ilə intensiv görüşlər keçirdiyini vurğulayıb.
Zelenski Ukraynanın müharibənin ədalətli şəkildə sona çatması üçün güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu bildirdi.
Zelenski ABŞ tərəfi ilə NATO-nun 5-ci maddəsinə bənzər və güclü təhlükəsizlik zəmanətləri ehtiva edən paketlər üzərində işlədiklərini bildirib və deyib ki, “Bu məsələ ilə bağlı detalları müəyyən etmişik və bu detallar üzərində işləyirik. Bunlar Budapeşt və ya Minsk kimi deyil, ABŞ Konqresi tərəfindən dəstəklənməli olan hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri olmalıdır”.
Avropa Birliyi (AB) üzv dövlətlərinin 210 milyard avro dəyərində Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmaq qərarına toxunan Zelenski qeyd edib ki, “2026-cı ilə qədər 40-45 milyard avro, daha sonra isə ümumilikdə 210 milyard avro alacağımızı gözləyirik. Əlbəttə ki, bundan dövlətimizi yenidən qurmaq üçün istifadə etmək istərdik. Heç kim alternativləri belə nəzərdən keçirmir, çünki məhv edilmiş hər şeyin dəyəri 200 milyard avronun üç mislidir”.
Günel GÜNTAC