ELAZ.İNFO xəbər verir ki, Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Moskvada görüşü müzakirə olunub.
Zelenski özünün telegram hesabında yazıb ki, “Bu söhbət prezident Trampın nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfərindən sonra baş tutub”.
Zelenski onu da bildirib ki, “Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq. Bizim hamımızın qalıcı və etibarlı sülhə ehtiyacı var. Rusiya başladığı müharibəyə son qoymalıdır. Görünür, Rusiya atəşkəsə daha yaxındır və onlara təzyiqlər işləyir. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
İslam MAHMUDOV