ELAZ.İNFO xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində atəşkəs səyləri davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski kritik proseslə bağlı yeni açıqlama verib.
Kiyevdə Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü barədə jurnalistlərə açıqlama verən Zelenski deyib ki, görüşün Türkiyə, İsveçrə və ya Avstriyada baş tuta bilər.
Yeni sammit üçün təhlükəsizlik zəmanətlərinin yekunlaşdırılması lazım olduğunu vurğulayan Zelenski bildirib ki, “7-10 gün ərzində təhlükəsizlik zəmanətləri ilə bağlı razılığın əldə olunmasını istəyirik. Bundan sonra liderlərin ikitərəfli və ya üçtərəfli görüşü keçirilə bilər.
Zelenski Moskvadan müharibəni bitirmək və mühüm danışıqlar aparmaq üçün heç bir siqnal olmadığını söyləyib və Putinin ikitərəfli danışıqlar aparmaq istəmədiyi təqdirdə ABŞ-dan sərt reaksiya gözlədiyini qeyd edib.
Ukrayna lideri həmçinin Rusiyanın ərazi məsələsində hansı güzəştlərə getməyə hazır olduğunun aydın olmadığını bildirib və gələcək danışıqlar üçün Budapeştin seçilməsi ehtimalının “problemli” olduğunu qeyd edib.
İlahə BAYINDIR