ELAZ.İNFO xəbər verir ki, Zelenski özünün telegram hesabında yazıb ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu-Yorkda olarkən İsveçrə Konfederasiyasının prezidenti Karin Keller-Sutter ilə görüşüb.
Zelenski ikitərəfli görüş zamanı müharibəyə son qoymaq üçün lazımi addımları müzakirə etdiklərini açıqlayıb və əlavə edib:
-“Rusiya tərəfi ilə rəhbərlik səviyyəsində görüş keçirməyə hazıram. Biz İsveçrənin belə bir görüşə ev sahibliyi etmək istəyini yüksək qiymətləndiririk. Bununla belə, Rusiyanın müharibəni dayandırmaq istəyini nümayiş etdirmək üçün indiyədək heç bir addım atılmadığını görürük”.
İlahə BAYINDIR