Zelenski geri çəkildi

ELAZ.İNFO xəbər verir ki, Rusiya ilə hələ də müharibədə olan Ukraynadakı korrupsiya böhranı prezident Volodomir Zelenskini geri çəkilməyə məcbur edib.

Məlumat üçün bildirək ki, korrupsiyaya qarşı mübarizə aparan qurumların səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyan yeni qanun layihəsi ictimai rəyə səbəb olub.

“Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu” və “Xüsusi Korrupsiya Prokurorluğu” kimi qurumların Baş Prokurorluğun tabeliyinə verilməsini və bununla da onların müstəqilliklərini əlindən almasını nəzərdə tutan parlamentin qəbul etdiyi yeni qanun layihəsi həm ölkə daxilində, həm də Avropa İttifaqında geniş tənqidlərə səbəb olub.

Nəticədə Ukrayna prezidenti Volodomir Zelenski reaksiyaya müqavimət göstərə bilməyib və geri çəkilmək məcburiyyətində qalıb.

Yeni qanun layihəsinin hazırlandığını elan edən Zelenski yeni qanun layihəsinin bu qurumlara muxtariyyəti bərpa edəcəyini bəyan edib.

Onu da söyləyək ki, Ukraynada səlahiyyətləri məhdudlaşdırılan bu iki qurum 2014-cü ildə o vaxtkı prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən hadisələrdən sonra yaradılıb.

Maraqlı orasıdır ki, bu iki qurum bu yaxınlarda parlament üzvlərinə, nazirlərə və Zelenskinin keçmiş köməkçisinə qarşı müxtəlif korrupsiya ittihamları irəli sürüb.

Yeri gəlmişən qeyd edək ki, Zelenski bu qurumların Rusiyanın nəzarəti altında fəaliyyət göstərdiyini və orada rus agentlərinin olduğunu iddia edib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights