ELAZ.İNFO xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib.
Görüşdən əvvəl Tramp deyib ki, Ukraynanın Krımı geri alması və ya NATO-ya qoşulması “masada deyil”.
Zelenski dəfələrlə ərazi güzəştlərini rədd edib. Onunla Vaşinqtonda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer, İtaliyanın baş naziri Giorgia Meloni və Finlandiya prezidenti Aleksandr Stubb kimi Avropa liderləri iştirak edəcək.
Sosial mediada verdiyi açıqlamada Tramp, “Prezident Zelenski istədiyi təqdirdə müharibəni dərhal bitirə və ya döyüşə davam edə bilər. Yadınızda saxlayın ki, hər şey necə başladı? Obama bir güllə belə atılmadan Krımdan (12 il əvvəl!) imtina etdi və Ukrayna NATO-ya qoşulmadı. Bəzi şeylər heç vaxt dəyişmir!”
Günel GÜNTAC