Zaxarova: -“Qara dənizdə gəmilərə hücumlar terror aktlarıdır”

ELAZ.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qara dənizdə beynəlxalq sularda üzən KAIROS və VIRAT gəmilərinə edilən hücumla bağlı yazılı açıqlama verib.

Zaxarova Qambiya bayrağı altında Novorossiysk limanına doğru üzən gəmilərə 28-29 noyabr tarixlərində pilotsuz gəmilərin hücum etdiyini qeyd edib və türk tərəfdaşlarının bu hücumlarından narahatlığını bildirib.

Xəzər Boru Kəməri Konsorsiumuna da hücum edildiyini vurğulayan Zaxarova deyib ki, “Kiyev administrasiyasının xüsusi xidmətləri hücumu Ukrayna mediasında terror aktlarının görüntülərini paylaşaraq həyata keçirdiklərini bildiriblər. Biz bu terror hücumlarını və bu hücumların planlaşdırılmasında və həyata keçirilməsində onları dəstəkləyən bütün tərəflərin hərəkətlərini qətiyyətlə pisləyirik”.

Zaxarova bildirib ki, bu hücumlar Ukraynada həll yoluna nail olmaq üçün beynəlxalq səylərə mane olmaq cəhdləri ilə birbaşa əlaqəlidir və hücumların pislənməsinə çağırıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights