Zaxarova: -“Qərb hüquqi əsaslarla ticarətdə rəqabət apara bilmir”

ELAZ.İNFO xəbər verir ki, bu gün Moskvada “Kiçik Vətən – Rusiyanın gücü” II Ümumrusiya Bələdiyyə Forumu keçirilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu forumda iştirak edir. Öz çıxışı zamanı Zaxarova söyləyib ki, “Qərb ölkələri yalnız öz iqtisadi problemlərini həll etməyə çalışır və hüquqi norma və qanunlara riayət etməklə ticarətdə rəqabət aparmağı bilmirlər”.

DIplomat daha sonra əlavə edib ki, “Qərb tarixən ticarət və sanksiya müharibələri tətbiq etdiyi üçün yaxın gələcəkdə qlobal iqtisadi münasibətlərdə vəziyyətin yaxşılaşması gözlənilmir. “Çünki onlar öz problemlərini həll edirlər, çünki qanun və ya ticarət hüququ əsasında rəqabət aparmağı bilmirlər”.

Xanım Zaxarova vurğulayıb ki, “Rusiyanın son illərdə sanksiya təzyiqi ilə bağlı əldə etdiyi təcrübə tamamilə əvəzsizdir; onu daha da inkişaf etdirmək və həyata keçirmək lazımdır”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights