Bu fikirlər politoloq Zaur İbrahimliyə aiddir.
Trampın şəxsiyyətinə pərsətiş məziyyətlərindən danışan politoloq Zaur İbrahimli ELAZ.İNFO-ya bildirib ki, “Tramp sübut elədi ki, Qərb Şərqdən bu məsələdə ancaq forma ilə fərqlənir. Məsələn, heç kim gedib Trampın çəkmələrini öpmür, dizüstə çökmür, ayaqlarına qapanmır. Amma o boyda NATO sammitini onun əylənməsi üçün 24 saata təşkil edib, bitirirlər. Ona kral sarayı ayırırlar. Yaxud “Aman Allah, birdən Tramp əsəbiləşər” -deyə NATO liderləri səs-küy salmır”.
Politoloq onu da vurğulaydı ki, “Tramp bir daha sübut etdi ki, siyasətin mərkəzində liderlər, güclü şəxsiyyətlər durur. Şərqdə də, Qərbdə də hamı çayı keçənə qədər ayıya dayı deməyə üstünlük verir. Sadəcə Şərqdə bunu hamı etiraf edir, Qərbdə yox”.

İlahə BAYINDIR