Zaqatalada fermerlər üçün sahə görüşü: Fındıq bağlarında məhsuldarlığı artırmağın yolları izah edilib

ELAZ.İNFO xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə fermerlərin maarifləndirilməsi kampaniyası davam edir. Növbəti görüş Zaqatala rayonunun Çobançöl kəndində “Fındıq bağlarında aqrotexniki qulluq işləri” mövzusuna həsr olunub.

Görüşün əsas qayəsi fındıqçılıqla məşğul olan istehsalçılara müasir texnologiyalar barədə məlumat vermək və məhsuldarlığın artırılmasına nail olmaqdır. Təlim zamanı fermerlərə aşağıdakı istiqamətlərdə geniş məlumat verilib

Tədbirdə fındıq bitkilərinə ciddi ziyan vuran xəstəliklər və zərərvericilər barədə də danışılıb. Mütəxəssislər inteqrir mübarizə tədbirlərinin vacibliyini vurğulayaraq, kimyəvi və bioloji mübarizə üsullarının necə birləşdirilməli olduğunu izah ediblər. Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu görüşlərin əsas xüsusiyyəti hər iqtisadi rayonun özünəməxsus iqlim və təsərrüfat profilinə uyğun qurulmasıdır. Bu yanaşma təlimlərin praktik əhəmiyyətini daha da artırır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights