Zaporojye cəbhəsində gərginlik: Kiyevin “hücum taktika”sı barədə şok iddia

ELAZ.İNFO xəbər verir ki, hərbi ekspert Andrey Maroçko Zaporojye vilayətinin Ternovatoye yaşayış məntəqəsi yaxınlığındakı vəziyyətlə bağlı mühüm məlumatlar paylaşıb. Ekspertin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdəki qruplaşmasını keçmiş məhkumlar hesabına gücləndirib.

Maroçko iddia edir ki, Kiyev rəhbərliyi cəbhənin Ternovatoye – PridoroJnoye sahəsində keçmiş məhkumlardan aktiv şəkildə istifadə edir. Onun sözlərinə görə, bu şəxslər daha çox “ətli hücumlar” (ağır itkilərlə nəticələnən kütləvi hücum taktika) üçün nəzərdə tutulub:

“Məlumata görə, Boykovo ərazisinə gətirilən keçmiş məhkumlar Ternovatoye istiqamətindəki hücum əməliyyatlarına cəlb olunurlar”, – deyə ekspert bildirib.

Ekspert həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri Rojdestvenskoye yaxınlığında itirilmiş mövqeləri geri qaytarmaq üçün mütəmadi olaraq kontrhücum cəhdləri edirlər. Rusiya bölmələrinin isə bu hücumların qarşısını almaq üçün müdafiə xəttini saxladığı qeyd olunur. Hazırda sözügedən istiqamətlərdə hərbi əməliyyatların dinamikası yüksək olaraq qalır və tərəflər arasında gərgin döyüşlər davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights