Azərbaycanda 60-a yaxın zəvvarı aldatmaqda şübhəli bilinən turizm şirkətinin rəhbəri həbs edilib.
ELAZ.İNFO Calibre.Az-a istinadən xəbər verir ki, L.İbrahimovanın həbs olunduğu işdə maddi ziyanın ödənilməsini tələb edən 60 zərərçəkmiş var.
Məlumat üçün bildirək ki, bundan əvvəl Leyla Rahib qızı İbrahimova 6 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək azadlığı məhdudlaşdırılıb. O, özünü “Romance Travel” turizm şirkətinin rəhbəri kimi təqdim edərək, ziyarəti təşkil etmək üçün 51 zəvvardan 8880 manat alıb. Bundan başqa, o, müxtəlif şəxslərdən ABŞ və digər ölkələrə səfərlər, həmçinin viza almaq üçün 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780 və 5858 manat məbləğində pul yığıb, lakin öhdəliklərini yerinə yetirməyib. Zərərçəkmişlərə dəymiş ümumi ziyan 38 737 manat qiymətləndirilir.
Vətəndaşlardan daxil olan şikayətlər əsasında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə L.İbrahimova barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ELAZ.İNFO
