ELAZ.İNFO xəbər verir ki,Türkiyə Zəngəzur dəhlizinin açılmasına böyük önəm verir.
Türkiyə Ticarət Palataları və Əmtəə Birjaları Birliyinin I vitse-prezidenti Ali Kopuz 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumunda bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan cəlbedici iş və investisiya imkanları təqdim edir: “Azərbaycanın bu irəliləyişindən qürur duyuruq. Bu bölgədə ticarətin inkişafına böyük töhfələr verəcək, Naxçıvanla Bakını bir-birinə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına çox önəm veririk. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir dəhliz yaranmış olacaq”.
Natəvan BƏYDİLİ