ELAZ.İNFO xəbər verir ki, bütün dünyada 25 iyul Beynəlxalq Afrika Mənşəli Qadınlar Günü kimi qeyd edilir. Bununla bağlı araşdırma apardıq və bu araşdırmanın nəticəsini sizə təqdim edirik:
Zəncilərdə dəri rənginin nə üçün qara olduğu bir çox məqamlarda diqqətimizi çəkir. Məsələn, qaradərili birini gördükdə həmin an onların dəri rəngindən başqa saçlarına, üz cizgilərinə də fikir veririk. Lakin qaradərili insanlardakı bu fərqlilik səbəbsiz deyil. Belə ki, zəncilərin dərisində yüksək miqdarda melanin piqmenti olduğuna görə, onlar qaradərili olurlar. Tarixən irqi ayrı-seçkilik zəminində bir çox iğtişaşlar baş verib. Bu qarşıdurmalar nəticəsində milyonlarla zənci də qurbana çevriliblər. Əslində onlara qarşı yenə də müəyyən ayrı-seçkiliyə rast gəlmək mümkündür desək, yanılmarıq.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Afrika Mənşəli Qadınlar Günü kimi qeyd olunur. Bu gün ilk dəfə 1964-cü il, iyulun 25-də siyasətçi və fəal Aoua Keytanın təşəbbüsü ilə keçirilib. İki il əvvəl, 1962-ci ildə Afrika qitəsinin hər yerindən olan qadınlar “Pan-Afrika Qadınlar Təşkilatı”nı yaratmaq üçün Dar Es Salaamda bir araya gəlmişdilər. Mədəni, etnik, irq və dil fərqlərinə baxmayaraq, məqsəd qüvvələri birləşdirmək, qaradərili qadınların da qitənin iqtisadi, sosial və siyasi inkişafına tam inteqrasiyasını təşviq etmək idi.
Beləliklə, Afrika qadınlarının həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək üçün belə bir əlamətdar günün təsis edilməsi təklif edilir.
Əli İBRAHİMOV
Hüquqşünas, vəkil