“Zəncan! Təbriz! Bütün dünya, məni eşidin!” – Naxçıvandan yüksələn uşaqlığın harayı

“Zəncan! Təbriz! Bütün dünya, məni eşidin!” – Naxçıvandan yüksələn uşaqlığın harayı

Bəzən bir ölkəyə yönələn ən ağır ittiham diplomatik bəyanatlarda deyil, uşaqların titrəyən səsində səslənir.Naxçıvanda bir məktəbin ərazisində partlayış baş verəndən sonra bir məktəbli qız telefon kamerasının qarşısına keçərək dünyaya səsləndi:

“Zəncan! Təbriz! Bütün dünya, məni eşidin!”

Bu sözlər müharibənin kölgəsinin uşaqların dünyasına düşdüyü anda səslənən uşaqlığın harayıdır.

Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayeva kameraya baxaraq bir sual verdi:

“Biz sizə nə etmişik? Niyə bizi vurursunuz?”

Sonra isə üzünü Zəncana, Təbrizə və bütün dünyaya tutaraq səsləndi:

“Mənim səsim olun.”

Bu sözlər təsadüfi deyildi.

Həmin gün İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan istiqamətində hücum etmişdi. Dronlardan biri Naxçıvan hava limanı ətrafında partlamış, digəri isə Şəkərabad kənd məktəbinin ərazisinə düşmüşdü.Bir məktəbin ərazisində partlayış baş verəndə uşaqların səsinin dünyaya çatması təsadüfi deyil.Çünki bir sual səslənir:

“Biz sizə nə etmişik?”

Videoya baxanda insanın ilk reaksiyası qəzəb deyil, dərin bir utanc hissi olur.

Çünki kömək istəyən bir uşaq deyil – uşaqlıqdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt İrana qarşı istifadə olunmayacaq.

Buna baxmayaraq İran bizim məktəbləri və hava limanını hədəfə alır.Bu isə Azərbaycan ərazisinə qarşı açıq hərbi hücum və təcavüzdür.Və nəticədə Naxçıvandan dünyaya bir haray yüksəlir:

“Zəncan! Təbriz! Bütün dünya, məni eşidin!”

Bu sözlər həm İranın hərbi davranışına yönəlmiş ittihamdır, həm də bəşəriyyətin vicdanına ünvanlanan çağırışdır.Çünki bu sualı bir uşaq yox, uşaqlar verir:

“Biz sizə nə etmişik?”

Və bəzən uşaqlığın verdiyi sadə sual bütün dövlətlərin siyasətindən daha ağır ittiham kimi tarixə düşür.

Əliməmməd NURİYEV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights