Zəlzələ nəticəsində binalara dəyən ziyanla bağlı 378 bildiriş alınıb

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Ətraf Mühit və Şəhərsalma Naziri Murat Kurum İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildirişin gəldiyini və insanların 12 evdən təxliyə edildiyini bildirib.

Murat Kurum jurnalistlərə açıqlamasında deyib ki, İstanbulda baş verən zəlzələ zamanı “binaların zədələnməsi ilə bağlı 378 bildiriş alınıb. İstanbulda 7,5 milyondan çox mənzilin olduğunu nəzərə alaraq dərhal yoxlamalar aparılıb. Ehtiyat tədbiri olaraq Fatihdə biri tərk edilmiş bina daxil olmaqla 12 bina təxliyə edilib”.

Nazir əlavə edib ki, “mütəxəssislər yaxın 4 gün ərzində binalara ətraflı baxış keçirəcəklər”.

Onun sözlərinə görə, “bu müddət ərzində vətəndaşlar istəsələr, cümə gününə qədər dərslərin bağlanacağı məktəblərdə müvəqqəti qala və gecələyə bilərlər”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights