ELAZ.İNFO, BAKI, 14.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Tonqa Krallığının sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə mayın 14-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Zəlzələnin episentrinin təxminən 4 min nəfər əhalisi olan Neiafu adasından 137 km cənub-qərbdə yerləşdiyi bildirilir. Mənbənin 243 km dərinlikdə yerləşdiyi yazılır.
Bölgədə sunami təhlükəsi barədə məlumat verilməyib. Tələfat və dağıntılar barədə də məlumat yoxdur.
Məlumat üçün bildirək ki, mayın 13-də İtaliyada Fleqrean tarlalarının böyük vulkanik bölgəsində də zəlzələ baş vermişdi. Onun maqnitudası isə 4,4-ə çatmışdı. Neapolun qərbində baş verən zəlzələlədə təhlükəli dağıntı və tələfat qeydə alınmamışdı.
İlahə BAYINDIR