Yurd həsrətindən doğma ocağa

Xanyurdu sakininin həyat hekayəsi

ELAZ.İNFO  

Xocalının Xanyurdu kəndindən məcburi köçkün düşəndə Nəriman Abbasovun cəmi 7 yaşı var idi.

Uşaqlıq xatirələri yarımçıq qalan, doğma yurdunu yalnız xatirələrində yaşadan Nəriman illər sonra ailəsi ilə birlikdə dədə-baba torpağına qayıdıb.

Bu gün o, Xanyurdu kəndində yeni həyatını qurur. Sürücü kimi çalışan Nəriman zəhməti ilə ailəsinin dolanışığını təmin edir. Xırdabuynuzlu heyvan saxlayan

Xocalı sakini deyir ki, doğma torpaqda yaşamaq və işləmək onun ən böyük arzusunun həyata keçməsidir. İllərlə məcburi köçkünlük həyatı yaşayan ailə üçün doğma yurda dönüş təkcə yeni evə köçmək deyil, həm də itirilmiş uşaqlığın, doğma ocağın və torpaqla bağlılığın yenidən qazanılması deməkdir.

Bu gün onun 3 oğlu ata-baba yurdunda böyüyür, ailə isə kənd həyatına uyğunlaşaraq öz təsərrüfatını genişləndirməyə çalışır. Xanyurdu kəndində məskunlaşan digər sakinlər kimi, Nəriman Abbasov da Böyük Qayıdışın yaratdığı imkanlardan yararlanaraq gələcəyə nikbin baxır.

O, hesab edir ki, doğma torpaqda zəhmət çəkərək yaşamaq, övladlarını burada böyütmək və kəndin yenidən dirçəlməsində payıolmaq hər bir qayıdan sakin üçün ən böyük xoşbəxtlikdir.

O, illərlə yurd həsrəti çəkmiş insanların öz doğma ocaqlarına qovuşmasının, həyatlarını yenidən qurmasının və gələcəyə inamla baxmasının canlı nümunəsidir.

elaz.info

Bizi izləyin və paylaşın