Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur

ELAZ.İNFO, BAKI, 30.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib ki, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Gözlənilən təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights