Yük maşını traktorla toqquşub, xəsarət alan var

Ağdaş rayonunda yük maşını traktorla toqquşub, xəsarət alan var.

ELAZ.İNFO “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün 08:00 radələrində Ağdaş rayonunun Ləki kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı yük avtomobili və traktorun toqquşması nəticəsində traktorun sürücüsü, 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə oxuyun
Verified by MonsterInsights