ELAZ.İNFO xəbər verir ki, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur.
Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb.
Aydan
