Yoldaşlar eyibləri axtaran yox, ört-basdır edən olmalıdırlar

15 APREL, ELAZ.İNFO

İslamda nikahın qurulması nə qədər müqəddəsdirsə, evliliyin davam etdirilməsi də ən azı bir o qədər müqəddəsdir. Şübhəsiz ki, qadınla kişinin bir araya gələrək “ər- arvad” statusu qazandığı ailə birliyində bir yerdə yaşamanın gətirdiyi gözəlliklərlə yanaşı, müəyyən problemlər və vəzifələr də olur. Bu cümləyə əsaslanaraq ailə ünsiyyətində əmin-amanlığın və etimadın təmin edilməsini vacib edən bəzi məqamları qeyd edirik:

1-Qarşılıqlı səbr və dözümlülük olmalıdır.

2- Yoldaşlar eyibləri axtaran yox, ört-basdır edən olmalıdırlar.

3-Sevgi və təqdir sözləri olmalıdır.

4- Münasibətlərdə “qarşılıqlılıq” əsas olmalıdır.

5-Həyat yoldaşı ailəsindən təcrid edilməməlidir.

6-Ailənin gəlir və xərcləri ilə bağlı ər-arvad arasında gizlilik olmamalıdır.

7-Ailədə “mən” yerinə “biz” olmalıdır.

8- Ünsiyyət kanalları hər zaman açıq olmalı və evdə “effektiv birlik” təmin edilməlidir.

9-Lazım olduqda peşəkar bir mütəxəssisdən kömək istənilməlidir.

Ali KAMAL MABUÇOĞLU

Bizimlə oxuyun
Verified by MonsterInsights