Yetimin haqqını yeyənlər cəhənnəmə girəcəklər

Yetimlərin malını haqsız yerə yeyənlər ancaq qarınlarını doyurmaq üçün od yeyəcəklər və onlar alovlu oda (cəhənnəmə) girəcəklər.” (Nisa, 4/10)

Allah-təala bir çox başqa ayələrində yetimlərin haqqının qorunmasını vurğulamışdır. Çünki insanların ən çox ehtiyac duyduğu varlıqlar olan ata-anasından məhrum olan yetimlər Allah tərəfindən bizə əmanətdir. Onları qoruyacaq kimsəsi olmayan bu uşaqları qorumaq, onlara qayğı göstərmək bütün cəmiyyətin borcudur. Bir yetimi qanadı altına alan şəxsin cənnətdə onunla yan-yana olacağını bildirən sevimli Peyğəmbərimiz (Buxari, Talaq, 25) sevgi və diqqətə ən çox ehtiyacı olan bu insanlarla sevgi, şəfqət və mərhəmətlə rəftar etməyi tövsiyə etmiş və buyurmuşdur.

Ali Kamal MABOÇOĞLU- Türkiyə

Bizimlə oxuyun
Verified by MonsterInsights