Yerli hökumət rəsmisi basketbol oyunu zamanı güllələnərək öldürüldü

ELAZ.İNFO xəbər verir ki, ötən şənbə günü Meksikada yerli hökumət rəsmisi basketbol oyununda iştirak edərkən güllələnərək öldürülüb.

CBS News-un məlumatına görə, silahlı şəxs Guanajuato əyalətinin idman mərkəzinə girərək Apaseo el Qrande şəhər meriyasının katibi İqnasio Roaronu güllələyib.

Həmin qurumun məlumatına görə, artıq bir nəfər həbs edilib.
Apaseo el-Alto Bələdiyyə Hökuməti “həmkarımız və dostumuz, meriya katibi İqnasio Alejandro Roaro Aguiların həyatını itirdiyi bu şənbə, iyulun 5-də baş verən xain, alçaq və qorxaq hücumu” pisləyən bir bəyanat verdi.

Bəyanatda deyilir ki, “Bu hadisə bütün bələdiyyə rəhbərliyini və ictimaiyyətimizi kədərləndirir. Biz qanunun aliliyinə, xidmətə və Apaseo el Alto-nun rifahına sadiq qalan nümunəvi dövlət qulluqçusunu itirdik. Vicdanlı, düzgün insan və əziz dostumuzu itirdik”.
O əlavə edib ki, “biz Quanajuato Ştatının Təhlükəsizlik və Sülh Katibliyi, Dövlət Baş Prokurorluğu və bölgədə təhlükəsizliyi gücləndirən Federal Qüvvələr ilə sıx koordinasiya qurduq və bu qorxaq hərəkətə görə məsuliyyət daşıyanları tapmaq üçün artıq müvafiq araşdırmalar apardıq”.

Yeri gəlmişkən qeyd edək ki, CBS News-a görə, Quanajuatoda 2024-cü ildə 3000-dən çox qətl hadisəsi qeydə alıb. Bu, Meksikanın istənilən ştatında ən yüksək saya malikdir və ölkə üzrə işlərin 10,5 faizini təşkil edir.

İslam MAHMUDOV

Verified by MonsterInsights