Yenidən bölüşdürülməli ərazi Rusiya idi

Rusiya uzun illər idi ki, başının üzərini alan qara buludlardan xəbərdar idi. Ən yaxşı müdafiənin hücum, hücumda isə ən uyğun ölkə Ukrayna idi. Rusiya hücum etməsəydi bəlkə də ona hücum ediləcəkdi. İstənilən halda ssenari yazılmışdı, Rusiya müharibəyə təhrik edilmişdi və beləliklə Rusiya-Ukrayna müharibəsi başladıldı. Müharibədə Ukraynaya hərbi dəstək göstərən dövlətlər isə Ukraynanı Rus işğalından qorumaq üçün deyil, zəngin yeraltı və yerüstü sərvətlərə, çox böyük əraziyə malik Rusiya məğlub edildikdən sonra müharibədə Ukraynaya göstərdikləri “hərbi yardım müqabilində” Rusiyanın ərazisində pay sahibi olacaqlar.

Dünyanın yeni nizamında, yenidən bölüşdürülməli ərazi Rusiya idi. Bunun nə dərəcədə real olub-olmayacağını isə yalnız zaman göstərəcək.
Əgər Rusiya məğlub edilməzsə və qalib olarsa, bunun nə demək olduğunu təsəvvür etmək bir o qədər çətin deyil.

ZAMİQ

Bizimlə oxuyun
Verified by MonsterInsights